Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 2 jurnalistə vəzifə verib.
Unikal.org xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Fazil talıblı məlumat yayıb.
Məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi vəzifəsinə Aynur Osmanqızı, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi vəzifəsinə isə Gülnar Əzizova təyin ediliblər.
Hazırki vəzifəsinə qədər A.Osmanqızı "Report” İnformasiya Agentliyinin müxbiri, G.Əzizova isə CBC telekanalında "Xəbər” proqramının aparıcısı və müxbiri kimi fəaliyyət göstərib.