Bakıda 3 evdən qaz sayğacları oğurlanıb.

DİN Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə fevralın 8-də və 9-da 3 evin girişlərindən qaz sayğaclarının oğurlanması barədə müraciətlər daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sayğacları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Cəfərov, Abşeron rayon sakini İ.Əbilov və Ağdam rayon sakini S.Cəfərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.