Balakən şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, fevralın 13-də saat 17 radələrində Balakən şəhəri ərazisində Qaravəlli kənd sakini S.Alqayevin idarə etdiyi “Toyota” markalı və Türkiyə vətəndaşı B.Saminin idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşub.

Nəticədə S.Alqayev hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.