Milli Məclisin deputatı,Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov Ağdaş şəhər sakini, I qrup əlil Babayev Ruslan Vahid oğlu ilə görüşüb.
Unikal.org xəbər verir ki, əlilin yaşadığı evdə keçirilən görüşdə Cavid Osmanov Ruslan Babayevin sağlıq durumu ilə maraqlanıb, onunla və ailə üzvləri ilə səmimi söhbət edib. Millət vəkili bildirib ki, Azərbaycan müstəqillik qazanandan sonra ölkədə cəmiyyətin bir hissəsi olan əlillərə dövlət qayğısı dəfələrlə yüksəlib. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtması ilə əlillərin sosial müdafiəsi, onların həyatına, sağlamlığına dövlət dəstəyi sosial siyasətdə öncül məsələyə çevrilib.
Bütün sahələrdə tərəqqi proseslərinin geniş vüsət aldığı, iqtisadi inkişaf dinamikasına görə dünyada lider mövqeyə sahib olan Azərbaycan eyni zamanda, əlilliyi olan şəxslərin hüquqlarının təkmilləşdirilməsi və etibarlı müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, tibbi-sosial reabilitasiyası ilə bağlı çevik dövlət siyasətinə malik bir ölkədir. Prezidentimiz İlham Əliyev əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şəraitin yaradılmasına daim diqqət yetirir.
Ruslan Babayev onlara göstərilən diqqət və qayğıya, isti münasibətə görə dövlətimizə, dövlət başçımız İlham Əliyevə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Cavid Osmanovun qonaq gəlməsininonunüçün çox böyük və gözəl bir sürpiriz olduğunu vurğulayan Ruslan Babayevonunla bir millət vəkili kimi deyil yaxın bir dost, böyükbir qardaş kimi çox maraqlı, səmimi söhbət etdiyinə və göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.