Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Unikal.org-un oxu.az-a istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şəki Şəhər Rayon Polis şöbəsinin şəxsi heyət işləri üzrə rəis köməkçisi polis polkovnik-leytenantı Natiq Əliyev vəzifəsindən azad edilib. O, Nəsimi rayon Polis İdarəsində eyni vəzifəyə gətirilib.