Kinorejissor Rüstəm İbrahimbəyov 80 illik yubileyini keçirmək üçün Bakıya gəlib.

Unikal.org xəbər  verir  ki, bu barədə media mütəxəssisi, professor Qulu Məhərrəmli sosial şəbəkədəki hesabında bildirib. Q. Məhərrəmli vurğulayıb ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin iclası keçirilir.  O, bununla yanaşı ittifaqın sədri Rüstəm İbrahimbəyovun 80 illik yubileyini qeyd etdiklərini   də yazıb.

Onun restorandan keçirilən ziyafətdən paylaşdığı fotoda Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu  və başqa tanınmış şəxslər də yer alıb. 

Xatırladaq ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirak qərarından sonra Azərbaycana qayıtmaqdan imtina etmişdi.

Onun barəsində hər hansı cinayət araşdırması olmasa da, İbrahimbəyov həbs təhlükəsini nəzərə alıb Azərbaycana gəlmədiyini bildirmişdi.