Xaçmaz rayonunun Xaspoladoba kəndində ev yanıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Xaçmaz rayonunun Xaspoladoba kəndində ümumi sahəsi 144 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən qarajın taxta konstruksiyalardan ibarət tavanı 30 m² sahədə və qarajda olan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.