Yaponiyanın Honsü adasında, Omitama şəhərində yerləşən quş fermasında böyük yanğın baş verib.

Unikal.org-un məlumatına görə, yanğın nəticəsində minlərlə cücə tələf olub.

Yanğın bazar günü axşam saatlarında baş verib. Fermanın 4 tikilisi tamamilə yanıb.

Hazırda yanğın söndürülüb. Hadisənin səbəbi məlum deyil. Fermanın əməkdaşları yanğın nəticəsində xəsarət almayıb.

Polisin verdiyi məlumata əsasən, quş fermasında təxmini 80 min toyuq-cücə saxlanılırdı.