Uğurlu layihələrdəki çıxışları ilə adından söz etdirən aktrisa Elçin Sangu 40 yaşını qeyd edib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisanın ad günü ilə bağlı paylaşımı sosial şəbəkələrdə gündəm yaradıb.

Gözəlliyi və fit bədən quruluşu diqqət çəkən Elçinə  “Kim zənn edərdi ki, onun 40 yaşı olar?”, "Gənc qızdan fərqlənmir", kimi şərhlər gəlib. 

Qeyd edək ki, aktrisa "Öyle Bir Geçer Zaman Ki", "Kurt Seyit ve Şura" və "Kiralık Aşk" kimi seriallardakı rolları ilə məşhurlaşıb.