Fevralın 22-də Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Mingəçevirdə vətəndaşlarla görüşəcək.
Bu barədə Unikal.org-a Komitədən bilidirilib.
Məlumata görə, qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Mingəçevir şəhəri ilə yanaşı Yevlax, Ağdaş, Bərdə rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Vətəndaşlar ƏMDK-nın fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105);
Komitənin Mingəçevir ərazi şöbəsi: (024) 274-45-00, (022) 336-45-62;
Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi: (022) 336-70-09, (024) 274-87-03;