Türkiyədə mağazaların birində saxta pulla alış-veriş edən Azərbaycan vətəndaşı  saxlanılıb. 

Unikal.org xəbər verir ki, Karabük vilayətində E.J. adlı Azərbaycan vətəndaşı marketdə satıcıya saxta pul verdiyi üçün Türkiyədə polis tərəfindən saxlanılıb. Polis E.J.-nı satıcının şikayəti əsasında həbs edib. Asayiş polisinin onun üzərində apardığı yoxlama zamanı saxta 5 min 100 TL (9 ədəd 200 TL, 22 ədəd 100 TL və 22 ədət 50 TL) aşkarlayıb.

Hadisə ilə bağlı E.J. tibbi müayinə olunduqdan sonra, məhkəməyə gətirilərək həbs edilib.