Bakının Yasamal rayonu, Hüseyn Cavid parkının qarşısında sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Unikal.org-un azvision.az-a istinadən məlumatına görə, 18 nömrəli marşrut avtobusu hərəkətdə olan minik avtomobilinin qarşısına çıxaraq qəza şəraiti yaradıb. Nəticədə "KİA" markalı nəqliyyat vasitəsi avtobusa çırpılıb. Avtomobilə ciddi ziyan dəyib.