İsmayıllı  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  178.2.1 ( Dələduzluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və  178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə)  maddələri ilə axtarışda olan Salyan rayonu Yolüstü kənd sakini Türkel Ağarzalı saxlanılıb.  

DİN Mətbuat Xidmətinin Şəki  regional qrupundan Unikal.org-a verilən məlumata görə, o, İsmayıllı RPŞ-yə gətirilib və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.