Aktyor Müşfiq Şahverdiyev ata olub.

Unikal.org xəbər verir ki, bu barədə aktyor "Instagram" hesabında paylaşım edib. 

Aktyor bildirib ki, övladı anasının doğum gününə hədiyyə olub: 

"Anamın ad gününü qeyd etdik. Valideynlərimizə nə hədiyyə versək də azdır. Onların bircə arzusu onları nənə-baba etməyimizdir. Dünən anam üçün ən böyük hədiyyə oğlan nəvəsinin dünyaya gəlməsi oldu. Ata oldum, oğlum Murad dünyaya gəldi".