Milli Məclisin plenar iclası başlayıb.
Unikal.org xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 27 məsələ daxildir.
Bunlar "Əmanətlərin tam sığortalanması haqqında", "Əmək pensiyaları haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında", “Reklam haqqında”, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Sığorta fəaliyyəti haqqında", "Telekommunikasiya haqqında" və s. qanunlara, o cümlədən Cinayət, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir.
Bundan başqa, “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” və “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” qanun layihələri üçüncü oxunuşda, "Ümumi təhsil haqqında" qanun layihəsi isə ikinci oxunuşda müzakirə olunacaq.
Deputatlar parlamentin Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi məsələsinə də baxacaqlar.