Sumqayıt şəhərində 60 yaşlı kişini elektrik cərəyanı vurub.

Unikal.org xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Tarverdi Sadiq oğlu Əliyev yaşadığı evdə elektrik işi görən zaman ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. Nəticədə ağır xəsarət alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.(report)