Qubanın Təngəaltı istirahət zonasında “Prado” markalı maşın aşıb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, yolların buz bağlaması ilə əlaqədar olaraq avtomobilin sürücüsü idarəetməni itirib. İki nəfər - sürücü və yanındakı sərnişin köməksiz vəziyyətdə avtomobildə sıxışıb qalıb. 

Hazırda FHN Xaçmaz regional mərkəzinin xilasecidiləri həmin əraziyə gedirlər. 

Hadisə yerinə Quba rayon polis şöbəsinin əməkdaşları da cəlb olunub.