Səbail rayonu, İstiqlaliyyət küçəsində beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.

FHN-dən Unikal.org-a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin məlumata görə, mənzilin mətbəxində 1 ədəd məişət avadanlığı və mətbəx əşyaları 6 m² sahədə yanıb. Əlavə məlumat veriləcək.