Bakıda və Siyəzəndə yanğın hadisəsi baş verib.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 12 m² olan tikilinin (mağaza kimi fəaliyyət göstərir) içərisində 2 ədəd məişət avadanlığı qismən yanıb. Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Siyəzən rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində lambirindən ibarət tavan 7 m² sahədə və mətbəx mebeli qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.