Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "özünüməşğulluq proqramı"nın icrası çərçivəsində layihəsi müsbət qiymətləndirilən Ucar rayon Lək kənd sakini Həsənova Sevinc Ələddin qızının problemi həllini tapıb.
S.Həsənova “özünüməşğulluq proqramı” çərçivəsində ona verilən heyvanların xəstə olması ilə bağlı Unikal.org-a açıqlamasından sonra şikayətinə baxıldığını və problemin həll olunduğunu deyib.
Belə ki, 2018-ci ilin dekabr ayının 6-sında özünün iştirakı olmadan, Məşğulluq Mərkəzinin və heyvanları verən şirkətin əməkdaşları gecə saatlarında xəstə heyvanları onun həyətinə gətiriblər. Sənədlərə isə özünün iştirakı olmadan həyat yoldaşına qol çəkdiriblər.
S.Həsənova Unikal.org vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevdən problemin həll olunmasını istəmişdi.
S.Həsənova sayıtımıza bildirib ki, müraciəti əsasında şikayətinə baxılıb, ona sağlam, iri buynuzlu heyvanlar verilib: “Heyvanları özüm seçib, həyətimə gətirdim. Sizin vasitənizlə şikayətimi diqqətdə saxladığı üçün cənab nazir Sahil Babayevə öz minnətdarlığımı bildirirəm. Allah prezidentimizdən razı olsun ki, biz kasıblar üçün belə gözəl şərait yaradıb”.
SAĞLAM HEYVANLARIN FOTOLARI: