Ağdaş rayonunda canavarlar sürüyə hücum edib.

Unikal.org-un "Report"a istinadən məlumatına görə, hadisə rayonun Yenicə kəndində baş verib.

Belə ki, kənd sakini Nemət Şirinov ona məxsus qoyun sürüsünü otlaq sahəsində otararkən canavarlar sürüyə hücum edib.

Canavar 3 xırdabuynuzlu heyvanı tələf edib, 3-nü isə yaralayıb. Yaralı heyvanlara quduzluq əleyhinə vaksinlər vurulub.