Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, fevralın 21-də saat 23 radələrində Yevlax rayonu ərazisində şəxsiyyəti müəyyən edilməmiş sürücü idarə etdiyi “VAZ-21011” markalı avtomobili qarşıda gedən Gədəbəy rayon sakini S.Muxtarovun idarə etdiyi “Shacman” markalı avtomobilə vurub.

Nəticədə “VAZ-21011” markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.