Oğuz sakini bədbəxt hadisə nəticəsində özünə xəsarət yetirib.

Unikal.org xəbər verir ki, hadisə günorta saatlarında rayonun Muxas kəndində baş verib.

Həmin kəndin 1989-cu il təvəllüdlü sakini Allahverdiyev Tərlan Knyaz oğlu bağda elektrik mişarı ilə ağacları budayarkən ehtiyatsızlıqdan ayağını kəsib.

Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan T.Allahverdiyevə sol ayağın kəsilmiş yarası diaqnozu qoyulub.(report.az)