Samux rayonunda 1 nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğın baş verib.

Unikal.org xəbər verir ki, rayonun Alabaşlı qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın zamanı, 1965-ci il təvəllüdlü Laləzər Məhərrəm qızı Hüseynova tüstüdən zəhərlənib.

Xəstəxanaya aparılan qadının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.