Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində tüstüdən zəhərlənən daha iki nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.
Səhiyyə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, onlardan biri 3 aylıq körpə və 43 yaşlı kişidir.
Həkimlər onların vəziyyətlərini orta ağır kimi qiymətləndirirlər.
Həkimlər 26 və 53 yaşlı iki qadının vəziyyətlərini orta ağır kimi qiymətləndirirlər.
Onların həyatları üçün təhlükə yoxdur.