Göyçay rayonunda yol qəzası baş verib. 

Unikal.org  report-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 203 km-də - rayonun Bığır kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "Mercedes" markalı minik maşınlarının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.