Bakıda yeniyetmə qız itkin düşüb. Hadisə Suraxanı rayonunun Binə qəsəbəsində baş verib.
Unikal.org
xəbər verir ki, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Qərənfil Rüstəmova polisə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan qızı, 2002-ci il təvəllüdlü Rüstəmova Ləman Rasim qızı fevralın 21-də evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Faktla bağlı araşdırma aparılır. (trend)