Bakı-Sumqayıt yolunda qəza baş verib.

Unikal.org-un məlumatına görə, hadisə ötən gecə saat 02:00 radələrində Sumqayıt yolunun girişində qeydə alınıb.

Bakıdan Sumqayıta gedən "VAZ 2107" markalı minik avtomobili TIR-la toqquşub. Nəticədə avtomobilin sürücüsü xəsarətlər alaraq xəstəxanaya göndərilb.

Qəza yerinə YPX əməkdaşları cəlb olunub, hadisənin səbəbləri araşdırılır.