Şəmkirdə azyaşlını elektrik cərəyanı vurub.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, rayonun Dəllər Cəyir kəndində 10 yaşlı Şadxan Hüseynov uşaqlarla gizlənpaç oynayarkən gizlənmək üçün yaxınlıqdakı elektrik transformatorunun arxasında keçib. Bu vaxt uşağın qolu yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə azyaşlı ağır dərəcədə yanıq xəsarəti alıb.

Uşaq yaxınların köməyi ilə Gəncədə yerləşən özəl xəstəxanalardan birinə çatdırılıb. Yanıq xəsarətləri böyük olduğundan onun qolu amputasiya edilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.