Azərbaycanın “Silk Way Business Aviation” şirkətinə məxsus sərnişin təyyarəsi Rusiyanın paytaxtı Moskvada yerləşən Şeremetyevo hava limanına enərkən zolaqdan kənara çıxıb.
Bu barədə Unikal.org-a şirkətdən bildirilib.
Məlumata görə, təyyarənin göyərtəsində üç nəfər olub və onların heç biri xəsarət almayıb. Təyyarəyə də ziyan dəyməyib.
***
Bakıdan havaya qalxan və Moskvaya reys yerinə yetirən təyyarə bu gün fevralın 26-da “Şeremetyevo” aeroportunda uçuş-enmə zolağından kənara çıxıb. Rusiyanın “Beşinci kanal” televiziyasına (5-tv.ru) istinadən xəbər verir ki, “Gulfstream” təyyarəsi göyərtəsində 3 VİP-sərnişin olmaqla Moskvaya biznes-uçuş həyata keçirirdi.
Hadisənin təfərrüatları araşdırılır. Zərərçəkənlər haqda məlumat daxil olmayıb.