Bakıda itkin düşən uşaq tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, nazirliyin “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 26-da 5 yaşlı oğlunun itkin düşdüyünü bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Uşaq həmin gün saat 13 radələrində DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.