Xızı rayonunda fərdi yaşayış evi yanıb, iki nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Unikal.org-a verilən məlumata görə, yanğın rayonun Yarımca kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evdə baş verib.

Belə ki, evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Yanğın söndürülüb.