Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin və keçmiş qaynanası Nəhayət Məmmədovanın arasında pul və mülk davası olub.

Unikal.org Musavat.com-a istinadən xəbər veri ki, Gültəkin Hacıbəyli hələ ərdə olan zaman qayınanasından evini təmir etdirmək, evinə mebel almaq üçün 50 min dollar borc alıb.

Məhkəmə Nəhayət Məmmədovanın vəsatəti əsasında Gültəkin Hacıbəyliyə məxsus 10VU 003 dövlət nömrə nişanlı “Lexus” LX 570 və 10 KV 003 nömrə nişanlı “Toyota” Avalon markalı iki bahalı avtomobilə həbs qoyub.