Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı fevralın 27-də İstanbulda işinə başlayan Avrasiya Universitetləri Birliyinin “IVAvrasiya Ali Təhsil Zirvə Görüşü”ndə iştirak edir.
Unikal.org xəbər verir ki, 70-dən artıq ölkədən universitet rəhbərləri və ekspertlərinj iştirak etdiyi tədbirdə 4-cü sənaye inqilabı dövründə tədris, universitet-biznes əməkdaşlığı, beynəlmiləlləşdirilmənin strategiyası, universitetlərin akkreditasiyasına həsr olunmuş panellər və seminarlar təşkil olunub.
Konfrans çərçivəsində ADNSU-nun rektoru, professor Mustafa Babanlı müxtəlif ölkələrdən gəlmiş nümayəndələrlə çoxsaylı görüşlər keçirib, ADNSU haqqında məlumatları çatdırıb.
Avrasiya Universitetləri Birliyinin toplantısı öz işini martın 1-də yekunlaşdıracaq.