Yevlaxda ağır qəza baş verib.

"Unikal" xəbər verir ki, hadisə Xaldan şossesində, Əxşam kəndi yaxınlığında qeydə alınıb.

"VAZ 2106" və "Honda" markalı maşınların iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi olub.  Hadisə nəticəsində "Honda"da olan sürücü 1957-ci il təvəllüdülü Xəlilova Xuraman yerindəcə həyatını itirib. İki nəfər isə ağır yaralanıb. 

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov