Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov Ağdaş rayonunda seçiciləri ilə görüşlərini davam etdirir.
Unikal.org xəbər verir ki, növbəti görüş fevralın 28-də rayonun Aşağı Zeynəddin kəndində yaşayan seçicilərlə olub.
Millət vəkili Cavid Osmanov görüşü giriş nitqi ilə açaraq son illər ölkədə həyata keçirilən yerli və beynəlxalq əhəmiyyətli layihələrdən söz açdı. Cavid Osmanov cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və dövlət büdcəsinin də sosialyönümlü büdcə olduğunu qeyd etdi. Cənab Prezidentin Sərəncanları ilə son günlər ərzində ödəniş və təqaüdlərin kəskin dərəcədə artırılmasının da bu deyilənlərə bariz nümunə olduğunu vurğulayan Cavid Osmanov ölkə başçısı cənab İlham Əliyevin hər zaman ölkə vətəndaşlarını düşündüyünü, onların əmin-amanlıq şəraitində yaşaması üçün çalışdığını görüş iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra millət vəkili Cavid Osmanov qeyd etdi ki, Azərbaycanın mövcud inkişafı və dünyada artan nüfuzu Azərbaycana qarşı olan bəzi dairələri narahat edir. Bu səbəbdən də anti-Azərbaycan dairələr radikal və anti-milli şəxsləri qrantlar müqabilində ələ alaraq Azərbaycana qarşı aparılan çirkin kampaniyalarda vasitəyə çeriblər. Hər bir vətəndaşın bu şəxslərə qarşı barışmaz mövqe tutması və dövlətə qarşı çıxan satqınlara zamanında və layiqli cavab vermələrinin vacib olduğunu vurğuladı.
Görüşdə iştirak edənlərdən Mehman Səmədov, Rahibə Ədilova, Sadiq Şərifov, Müqəddəs Həmidov və Dilbər Rəsulova çıxış edərək bildirdilər ki, bu gün Azərbaycanda görülən işlər hər bir vətəndaşın gözü önündədir və onlar bir ağdaşlı kimi bütün bunları çox yüksək qiymətləndirirlər. Çıxışçılar yorulmadan Azərbaycanın firavan gələcəyi üçün çalışan cənab Prezidentimizə hər zaman dəstək olacaqlarını qeyd etdilər.
Sonda seçiciləri maraqlandıran suallara millət vəkili Cavid Osmanov tərəfindən cavab verildi.
Cavid Osmanov seçicilərlə görüşdü - FOTOLAR
21:11 28-02-2019
CƏMİYYƏT
Digər Xəbərlər
2025-02-23 23:18:42

2025-02-23 22:10:22

2025-02-23 20:02:18

2025-02-23 19:34:38

2025-02-23 19:22:50
2025-02-23 18:27:34

2025-02-23 17:08:42

2025-02-23 16:50:09

2025-02-23 16:41:33

2025-02-23 16:25:47

2025-02-23 16:13:37

2025-02-23 15:53:41

2025-02-23 15:22:37

2025-02-23 15:05:37

2025-02-23 15:03:00

2025-02-23 14:28:41

2025-02-23 13:07:15

2025-02-23 12:35:32

2025-02-23 12:21:47
.jpeg)