Ağstafa rayonunda intihara cəhd hadisəsi baş verib.

Unikal.org  report-a istinadən xəbər verir ki, 26 yaşlı qadın rayonun Eynallı kəndində yaşadığı evdə hələ ki, məlum olmayan səbəblərdən gəmiricilərə qarşı istifadə olunan kimyəvi dərmanı içərək özünü öldürmək istəyib. Zərərçəkmiş təcili xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.