Xırdalanda yanğın qeydə alınıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin bir otağında ev əşyaları 16 m² sahədə yanıb.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.