Cəlilabad rayon Uzuntəpə kənd sakini 1996-cı il təvəllüdlü Aytac Əliyeva 4 və 2 yaşlı övladları ilə evdən çıxaraq bir daha geri qayıtmayıb.

Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, bundan narahat olan ailəsi 21 fevral 2019-cu il tarixində onun tapılması üçün Cəlilabad rayon Polis Şöbəsinə və “102” xidməti zəng mərkəzinə müraciət ediblər. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbriləri nəticəsində A. Əliyeva və 2 azyaşlı övladı Bakı şəhərində tapılaraq valideynlərinə təhvil verilib.