Kürdəmirdə qəbiristanlıqdan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 2-də Xırdapay kəndi ərazisində yerləşən qəbiristanlıqda qəbirlərdən birinin ətrafına çəkilmiş məhəccərin üzərində quraşdırılmış 8 ədəd alüminiumdan olan bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən Atakişili kənd sakini A.Şirinov saxlanılıb.