Hacıqabulda avtomobil kanala aşıb, bir ailənin 2 üzvü xəsarət alıb. 

Unikal.org ona-ya istinadən xəbər verir kİ, hadisə Hacıqabul rayonunun Abdulabad kəndində qeydə alınıb. Ensiz körpüdən keçmək istəyən Ağsu sakini, 1990-cı il təvəllüdlü Mehdiyev Xəyyam Elman oğlunun idarə etdiyi VAZ 2107 markalı avtomobil kanala aşıb.

Nəticədə sürücü xırda sümük sınığları ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Avtomobildə olan sərnişin- 1963-cü il təvəllüdlü Mehdiyeva Təzəgül Bayram qızı isə yüngül xəsrət alıb, ona ambulator yardım göstərilib.

Qeyd edək ki, son 5 gündə həmin körpüdə ikinci avtomobil qəzası baş verir.

Faktla bağlı araşdırma aparılır.