Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 20 m² sahədə məişət tullantıları yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 5 nəfər (o cümlədən 2 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.