Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.

Unikal.org AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) istinadən xəbər verir ki, yerli vaxtla saat 13:11-də Lənkaran stansiyasından 22 km cənub-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanın dərinliyi 25 km, maqnitudası 3,0 bal olub.

Zəlzələ hiss olunmayıb.