Abşeronda zəhərlənmə hadisəsi baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə Masazırda fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, Abşeron rayon sakini 1987-ci il təvəllüdlü Əliyeva Turan Zakir qızı yaşadığı evdə səhvən dərman əvəzinə sirkə turşusu içib. Zəhərlənən qadın Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırlaşdığından xəstə Respublika Toksikologiya Mərkəzinə göndərilib.