Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə günorta saatlarında Qarazəncir kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Priora” markalı avtomobil yolu keçmək istəyən azyaşlını vurub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım alıb. Lakin onun vəziyyəti ağır olduğundan yaralı Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Hazırda yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.