Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini K.İbişov bu il fevralın 25-də Neftçala rayon sakini S.Panəliyeva tərəfindən aldadılaraq 20 manatının alındığını bildirib.

DİN Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Dələduzluq etməkdə şübhəli bilinən S.Panəliyeva polis əməkdaşları tərəfindən saxlanılmış və o, törətdiyi əməli etiraf edib.

Polis əməkdaşları tərəfindən onun digər analoji əməllərinin də üstü açılıb. Belə ki, S.Panəliyevanın işə düzəltmək adı ilə 50-yə yaxın vətəndaşı aldadaraq hər birindən 20 manat pul aldığı müəyyən edilib.

Araşdırma aparılır.