Şirvan şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org “Report”a istinadən xəbər verir ki, şəhərin "Sever” adlanan ərazisində “Mercedes” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.