Şəmkirdə yük maşınının aşması nəticəsində sərnişin ölüb.

Unikal.org-un ona-ya istinadən məlumatına görə, hadisə Kür qəsəbəsinə gedən yolda baş verib.

Belə ki, “Qazel” markalı yük maşınının hərəkət edərkən təkəri partlayıb. Nəticədə yük maşını aşıb, bu zaman salonda sərnişin kimi əyləşən 38 yaşlı Sərvan Məmmədov avtomobilin altında qalaraq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılr.