Bu gün saat 13:30 radələrində  Xutor qəsəbəsi II şimal şitilliyi  adlanan ərazidə yanğın hadisəsi baş verib. 

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə nəticəsində 4 ev yanıb.  

Məhəllə sakinlərinin bildirdiyinə görə,  bir ailənin evi tamamilə yanaraq külə dönüb və qadın iki uşağı ilə birlikdə küçədə qalıb. 

Hadisə ilə bağlı məhəllə sakinləri dərhal yanğınsöndürənlərə məlumat versələr də FHN əməkdaşları hadisə yerinə gələnə qədər ev tamamilə yalnıb.

Amid Əyyuboğlu