Qusar rayonunda yanğın nəticəsində bir nəfər dünyasını dəyişib.

Unikal.org-un ONA-ya istinadən məlumatına görə, Qusarın Əniğ kənd sakini, 1977-ci il təvəllüdlü Namiq Seydiyev  Qusar şəhəri ərazisində daş bazarı adlanan ərazidə vaqonda baş vermiş yanğın nəticəsində yanaraq ölüb.

N.Seydiyevin spirtli içki aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.  

ƏVVƏL: 00:07

***

09:00

FHN-dən Unikal.org-a verilən məlumata görə, Qusar rayonunda ümumi sahəsi 27 m² olan dəmir konstruksiyalardan ibarət köşkün şüşə-pambıq üzlüyü yanıb. Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1977-ci il təvəllüdlü Seyidov Namiq Abdulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.